Muxtəsər təfsir
وَلَقَدْ عَهِدْنَآ إِلَىٰٓ ءَادَمَ مِن قَبْلُ فَنَسِىَ وَلَمْ نَجِدْ لَهُۥ عَزْمًا ﴿١١٥﴾
Biz bundan öncə Adəmə ağacın meyvəsindən yeməməsini əmr etmiş, onu bu işdən yasaqlamışdıq və ona sonda bunun nəticəsinin necə olacağını bəyan etmişdik. O isə, Bizim əmrimizi unudub o ağacın meyvəsindən yedi və əmrimizə səbirsizlik göstərdi. Beləliklə də, əmrimizə əməl etməkdə onda əsla qətiyyət görmədik.