Muxtəsər təfsir
قُلْ مَن كَانَ عَدُوًّا لِّجِبْرِيلَ فَإِنَّهُۥ نَزَّلَهُۥ عَلَىٰ قَلْبِكَ بِإِذْنِ ٱللَّهِ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ ﴿٩٧﴾
Ey Peyğəmbər! "Mələklərdən Cəbrail bizim düşmənimizdir" –deyən yəhudilərə söylə: "Kim Cəbrailə düşmənçilik edirsə qoy bilsin ki, Allahın izni ilə Quranı sənin qəlbinə nazil edən, Qurandan əvvəlki Tövrat və İncil kimi İlahi kitabları təsdiqləyici, xeyrə yönəldən və Allahın möminlər üçün müjdə olaraq hazırladığı nemətlərin xəbərini gətirən odur. Kim belə sifət və əməllərə sahib birinə düşmənçilik edərsə o azğın insandır.