×

البقرة

Ayə 83

Muxtəsər təfsir

وَإِذْ أَخَذْنَا مِيثَـٰقَ بَنِىٓ إِسْرَٰٓءِيلَ لَا تَعْبُدُونَ إِلَّا ٱللَّهَ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَانًا وَذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَـٰمَىٰ وَٱلْمَسَـٰكِينِ وَقُولُوا۟ لِلنَّاسِ حُسْنًا وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ ثُمَّ تَوَلَّيْتُمْ إِلَّا قَلِيلًا مِّنكُمْ وَأَنتُم مُّعْرِضُونَ ﴿٨٣﴾

Ey İsrail oğulları! Bir zaman sizdən möhkəm bir əhd aldığımızı xatırlayın. O zaman, biz sizdən Allahın tək olah olduğunu qəbul edib, Onunla yanaşı başqasına ibadət etməyəcəyinizə, valideyinlərə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara və ehtiyaclı insanlara yaxşılıq edəcəyinizə, insanlarla kobud və sərt davranmadan onlara xoş söz söyləyəcəyinizə - yaxşı işləri əmr edib, pis işlərdən çəkindirəcəyinizə, namazı sizə əmr etdiyim kimi tam şəkildə qılacağınıza, zəkatı könül xoşluğu ilə ona layiq olan insanlara verəcəyinizə dair əhd almışdıq. Lakin sizdən aldığımız bu əhddən sonra siz onu yerinə yetirməkdən üz çevirdiniz. Sizlərdən yalnız Allahın qoruduğu kimsələr Allaha verdikləri əhdi və möhkəm sözü yerinə yetirdilər.