Muxtəsər təfsir
ءَامَنَ ٱلرَّسُولُ بِمَآ أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِۦ وَٱلْمُؤْمِنُونَ ۚ كُلٌّ ءَامَنَ بِٱللَّهِ وَمَلَـٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّن رُّسُلِهِۦ ۚ وَقَالُوا۟ سَمِعْنَا وَأَطَعْنَا ۖ غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ ٱلْمَصِيرُ ﴿٢٨٥﴾
Muhəmməd peyğəmbər (sallallahu aleyhi və səlləm) Rəbbindən ona nazil edilən hər bir şeyə iman gətirdi, möminlər də, həmçinin iman gətirdilər. Onların hamısı Allaha, Onun bütün mələklərinə, peyğəmbərlərə nazil etdiyi bütün kitablarına və göndərdiyi bütün elçilərinə iman gətirdilər. Onlar: "Biz Allahın elçiləri arasında fərq qoymuruq!" -deyərək elçilərə iman gətirdilər. Onlar həmçinin, belə dedilər: "Bizə əmr edib, qadağan etdiyini eşitdik və biz Sənə, bizə əmr etdiyini etmək və qadağan etdiyindən çəkinməklə itaət etdik! Ey Rəbbimiz, biz Səndən, bizi bağışlamağını diləyirik, hər bir işimizdə dönüş də, yalnız tək Sənədir!"