Muxtəsər təfsir
وَإِذْ قَالَ إِبْرَٰهِـۧمُ رَبِّ أَرِنِى كَيْفَ تُحْىِ ٱلْمَوْتَىٰ ۖ قَالَ أَوَلَمْ تُؤْمِن ۖ قَالَ بَلَىٰ وَلَـٰكِن لِّيَطْمَئِنَّ قَلْبِى ۖ قَالَ فَخُذْ أَرْبَعَةً مِّنَ ٱلطَّيْرِ فَصُرْهُنَّ إِلَيْكَ ثُمَّ ٱجْعَلْ عَلَىٰ كُلِّ جَبَلٍ مِّنْهُنَّ جُزْءًا ثُمَّ ٱدْعُهُنَّ يَأْتِينَكَ سَعْيًا ۚ وَٱعْلَمْ أَنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ ﴿٢٦٠﴾
Ey Peyğəmbər! Bir zaman İbrahimin - aleyhissəlam: "Ey Rəbbim, ölüləri necə dirildiyini mənə öz gözlərimlə göstər!"– dediyini xatırla. Allah ona: "Məgər sən buna inanmırsan?"– deyə buyurdu. İbrahim dedi: "Əlbəttə ki, inanıram! Lakin qəlbimin daha rahat olmasını istəyirəm". Allah ona əmr edərək belə buyurdu: "Dörd cür quş tutub özünə tərəf çək və onları tikə-tikə et, sonra ətrafındaki dağların, hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tələm-tələsik sənin yanına gələcəklər. Artıq onlar yenidən həyata qayıtmışdılar. Ey İbrahim bil ki, Allah Öz mülkündə qüdrətlidir, işində, şəriətində və yaratmaqında hikmət sahibidir!"