×

البقرة

Ayə 219

Muxtəsər təfsir

يَسْـَٔلُونَكَ عَنِ ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ ۖ قُلْ فِيهِمَآ إِثْمٌ كَبِيرٌ وَمَنَـٰفِعُ لِلنَّاسِ وَإِثْمُهُمَآ أَكْبَرُ مِن نَّفْعِهِمَا ۗ وَيَسْـَٔلُونَكَ مَاذَا يُنفِقُونَ قُلِ ٱلْعَفْوَ ۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْـَٔايَـٰتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ ﴿٢١٩﴾

Ey Peyğəmbər! Səhabələrin səndən xamr (xamr: insanın ağlını başından alıb aparan hər bir şeyə xamr deyilir) və bu içkinin hökmü bunu satmaq və almaq barəsində soruşurlar? Səndən qumar (qumar: yarışda iştirak edən hər iki oyunçu tərəfindən təyin edilmiş mükafatı rəqabət yolu ilə götürməyə qumar deyilir) barəsində soruşanlara cavab olaraq de: "Onların hər ikisində həm: ağlın getməsi, malın əldən çıxması, aranızda ədavətin və qəzəbin yaranması kimi dini və dünyavi böyük zərərlər və fəsadlar vardır və həm də ki, mal əldə etmək kimi insanlar üçün kiçik bir mənfəət də vardır. Amma hər ikisinin zərəri və günahı hər ikisinin mənfəətlərindən daha böyükdür". Zərəri mənfəətindən daha çox olan şeydən ağıllı insan uzaq durar. Ey Peyğəmbər! Səhabələrin səndən Allah yolunda mallarından nə xərcləyəcəkləri və sədəqə verəcəkləri barədə soruşurlar? Onlara cavab olaraq de: "Ehtiyacınızdan artıq qalan malınızı Allah yolunda xərcləyin!". (Bu hökm, İslamın ilk vaxtında idi, sonra Allah xüsusi mallardan və müəyyən miqdarda zəkat verməyi vacib etdi). Heç bir anlaşılmazlıq olmayan bu kimi ayələrlə Allah sizə şəriətin hökmlərini belə bəyan edir ki, bəlkə, fikirləşəsiniz.