×

البقرة

Ayə 184

Muxtəsər təfsir

أَيَّامًا مَّعْدُودَٰتٍ ۚ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوْ عَلَىٰ سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَرَ ۚ وَعَلَى ٱلَّذِينَ يُطِيقُونَهُۥ فِدْيَةٌ طَعَامُ مِسْكِينٍ ۖ فَمَن تَطَوَّعَ خَيْرًا فَهُوَ خَيْرٌ لَّهُۥ ۚ وَأَن تَصُومُوا۟ خَيْرٌ لَّكُمْ ۖ إِن كُنتُمْ تَعْلَمُونَ ﴿١٨٤﴾

Sizə fərz buyurulmuş oruc, sizin, il ərzində bəzi günlərdə tutduğunuz orucdur. Sizlərdən oruc tutmağa çətinlik çəkən xəstə, yaxud səfərdə olan kəs orucunu aça bilər. Sonra isə tutmadığı hər günün əvəzinə bir gün oruc tutmalıdır. Oruc tutmağa taqəti olub, iftar edənlər isə fidyə verməlidirlər. Fidyə: iftar etdiyi hər bir günün əvəzində bir yoxsulu yedirtməyə deyilir. Kim hər bir günün əvəzində bir yoxsuldan çox insan yedirtərsə yaxud da həm oruc tutub, həm də ki, yoxsul yedirtərsə bu onun üçün daha xeyirli olar. Oruc tutmanız, sizin üçün iftar edib sonra da fidyə verməkdən daha xeyirlidir. Kaş, orucun fəzilətini biləydiniz. Bu hökm, Allah orucu vacib etdiyi ilk vaxtlarda idi, kim istəsə oruc tutardı, kim də istəsəydi iftar edib fidyə verə bilərdi. Bundan sonra Allah, oruc tutmağı vacib etdi və orucu hər bir həddi-büluğa çatan və oruc tutmaqa taqəti olan insana fərz etdi.