Muxtəsər təfsir
إِلَّا ٱلَّذِينَ تَابُوا۟ وَأَصْلَحُوا۟ وَبَيَّنُوا۟ فَأُو۟لَـٰٓئِكَ أَتُوبُ عَلَيْهِمْ ۚ وَأَنَا ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ﴿١٦٠﴾
Bu açıq-aydın ayələri gizli saxladığı üçün etdiyi əməldən peşman olub, Allaha qayıdan, zahiri və batini əmələrini islah edən və gizli saxladıqları haqqı və doğru yolu insanlara bəyan edən kimsələrin mənim itaətimə qayıdmasını qəbul edərəm. Çünki Mən, Mənə tövbə edən qullarımın tövbəsini qəbul edənəm və onlara qarşı Rəhmliyəm!