×

البقرة

Ayə 129

Muxtəsər təfsir

رَبَّنَا وَٱبْعَثْ فِيهِمْ رَسُولًا مِّنْهُمْ يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَـٰتِكَ وَيُعَلِّمُهُمُ ٱلْكِتَـٰبَ وَٱلْحِكْمَةَ وَيُزَكِّيهِمْ ۚ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿١٢٩﴾

Ey Rəbbimiz! Onların içərisindən, İsmail nəslindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin nazil etdiyin ayələri onlara oxusun, Quranı və sünnəni onlara öyrətsin və onları şirkdən və rəzalətdən təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, işlərində və hökmlərində hikmət sahibisən.