Muxtəsər təfsir
وَيَقُولُ ٱلْإِنسَـٰنُ أَءِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا ﴿٦٦﴾
Öldükdən sonra yenidən dirilməyi inkar edən kafir insan istehza edərək belə deyir: "Doğrudanmı mən öldükdən sonra dirilib, qəbirimdən ikinci bir həyat üçün çıxarılacağam?! Şübhəsiz ki, bu ağıla sığmayan bir şeydir!".