Muxtəsər təfsir
قَالَ أَرَاغِبٌ أَنتَ عَنْ ءَالِهَتِى يَـٰٓإِبْرَٰهِيمُ ۖ لَئِن لَّمْ تَنتَهِ لَأَرْجُمَنَّكَ ۖ وَٱهْجُرْنِى مَلِيًّا ﴿٤٦﴾
Azər, oğlu İbrahimə - aleyhissəlam - belə dedi: "Ey İbrahim! Sən mənim ibadət etdiyim bütlərimdən üzmü çevirirsən?! Əgər bütlərimi təhqir etməyə son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol, mənimlə danışma və mənimlə bir yerdə olma!"