Muxtəsər təfsir
فَأَتَتْ بِهِۦ قَوْمَهَا تَحْمِلُهُۥ ۖ قَالُوا۟ يَـٰمَرْيَمُ لَقَدْ جِئْتِ شَيْـًٔا فَرِيًّا ﴿٢٧﴾
Məryəm oğlunu qucağına alıb onu öz qövmünün yanına gətirdi. Qövmü Məryəmin bu əməlini çirkin bir iş gördüklərindən dolayı ona belə dedi: "Ey Məryəm! Sən görünməmiş bir şeylə, atası olmayan bir uşaqla gəldin!"