×

مريم

Ayə 21

Muxtəsər təfsir

قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَىَّ هَيِّنٌ ۖ وَلِنَجْعَلَهُۥٓ ءَايَةً لِّلنَّاسِ وَرَحْمَةً مِّنَّا ۚ وَكَانَ أَمْرًا مَّقْضِيًّا ﴿٢١﴾

Cəb­raili - aleyhissəlam - Məryəmə dedi: "Bəli, həqiqət dediyin kimidir. Sənə bir ər və ya başqa biri yaxınlaşmamış və özün də əsla zi­na­kar bir qadın olmamışsan. La­kin pak və uca Rəbbin belə buyurdu: "Atasız bir övlad yaratmaq Mə­nim üçün asandır. Uca Allah, sənə bəxş edilən bu övladı insanlar üçün Allahın qüdrətinə dəlalət edən bir mö­cüzə, sənə və ona iman edənlərə isə bir mərhəmət edə­cəkdir. Övladının belə xəlq edilməsi əvvəlcədən uca Allah tərəfindən əzəldən müəyyən edilmiş və Lövhi-məh­­fuz­da yazılmış bir iş­dir!"