Muxtəsər təfsir
وَبَرًّۢا بِوَٰلِدَيْهِ وَلَمْ يَكُن جَبَّارًا عَصِيًّا ﴿١٤﴾
Həm də o, ata-anasına qarşı qayğıkeş, nəvazişkar və onlara lütf, mərhəmət və yaxşılıq edən biri idi. O, Rəbbinə və ata-anasına itaət etməkdə təkəbbürlük edən, həmçinin, Rəbbinə və ata-anasına asi olan bir kimsə deyildi.