×

مريم

Ayə 10

Muxtəsər təfsir

قَالَ رَبِّ ٱجْعَل لِّىٓ ءَايَةً ۚ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَـٰثَ لَيَالٍ سَوِيًّا ﴿١٠﴾

Zəkəriyya - aleyhissəlam - dedi: "Ey Rəbbim! Ürəyim arxayın olsun deyə, mələklərin məni müjdələdiyi şeyin gerçəkləşəcəyinə dəlalət edən mənə bir əlamət ver". Allah bu­yur­du: "Mələklərin səni müjdələdikləri şeyin gerçəkləşəcəyinə dəlalət edən əla­mətin budur ki, sən sağlam ikən və heç bir xəstəliyin olmadığı bir halda üç gecə insanlarla danışa bilməyəcəksən!"