×

الكهف

Ayə 98

Muxtəsər təfsir

قَالَ هَـٰذَا رَحْمَةٌ مِّن رَّبِّى ۖ فَإِذَا جَآءَ وَعْدُ رَبِّى جَعَلَهُۥ دَكَّآءَ ۖ وَكَانَ وَعْدُ رَبِّى حَقًّا ﴿٩٨﴾

Zülqərneyn dedi: "Bu sədd, Yəcuc-Məcüc tayfalarının yer üzündə fitnə-fəsad törməmələri və bu işdə onlara mane olmaları üçün Rəb­bim­dən olan bir mərhəmət­dir. Qiyamət saatı qopmazdan əvvəl uca Allahın onların çıxması üçün təyin etdiyi vaxt gəldikdə isə, onu yerlə bərabər edəcək­dir. Uca Allahın səddi yerlə bərabər etməsi, Yəcuc-Məcüc tayfalarının oradan çıxıb, yer üzünə səpələnməsinə dair verdiyi vədi həqiqətdir və bu haqda heç bir ixtilaf ola bilməz!"