Muxtəsər təfsir
حَتَّىٰٓ إِذَا بَلَغَ بَيْنَ ٱلسَّدَّيْنِ وَجَدَ مِن دُونِهِمَا قَوْمًا لَّا يَكَادُونَ يَفْقَهُونَ قَوْلًا ﴿٩٣﴾
Bundan sonra Zülqərneyn yenə də yer üzündə gəzib dolaşmağa davam etdi və nəhayət o, iki dağ arasında sərhəd kimi olan bir yerə gəlib çatdıqda, orada az qala özlərindən başqa heç bir kimsənin danışığını anlamayan bir qövmə rast gəldi.