Muxtəsər təfsir
أَمَّا ٱلسَّفِينَةُ فَكَانَتْ لِمَسَـٰكِينَ يَعْمَلُونَ فِى ٱلْبَحْرِ فَأَرَدتُّ أَنْ أَعِيبَهَا وَكَانَ وَرَآءَهُم مَّلِكٌ يَأْخُذُ كُلَّ سَفِينَةٍ غَصْبًا ﴿٧٩﴾
Bir taxtasını sındırıb çıxararaq dəlik açdığım gəmiyə gəlincə, o, dənizdə çalışan və gəmini qorumağa qadir olmayan aciz adamlara məxsus idi. Gəmini xarab etmə səbəbi isə qarşıda onları gözləyən, hər bir yararlı gəmini zorla qəsb edib ələ keçirən və eyibli, xarab gəmini isə tərk edən hökmdarın, gəmini onların əlindən almaması üçün mən həmin gəmini korlayıb xarab etdim.