Muxtəsər təfsir
إِنَّا جَعَلْنَا مَا عَلَى ٱلْأَرْضِ زِينَةً لَّهَا لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلًا ﴿٧﴾
Biz yer üzündə mövcud olan bütün məxluqatı, onun üçün bir zinət və bərbəzək etdik ki, insanlardan kimin Allahı razı salan gözəl əməl edəcəyini və kimin də daha pis əməl edəcəyini sınaqdan keçirək və beləliklə də, hər kəsə etdiyi əməlin müqabilini verək.