Muxtəsər təfsir
قَالَ أَرَءَيْتَ إِذْ أَوَيْنَآ إِلَى ٱلصَّخْرَةِ فَإِنِّى نَسِيتُ ٱلْحُوتَ وَمَآ أَنسَىٰنِيهُ إِلَّا ٱلشَّيْطَـٰنُ أَنْ أَذْكُرَهُۥ ۚ وَٱتَّخَذَ سَبِيلَهُۥ فِى ٱلْبَحْرِ عَجَبًا ﴿٦٣﴾
Xidmətçi dedi: "Qayaya sığındığımız zaman bilirsənmi nə baş verdi?! O vaxt mən sənə balıq barədə deməyi unutdum. Doğrusu, onu sənə xatırlamağı yalnız şeytan mənə unutdurdu. Balıq gözlənmədən dirilib qəribə bir şəkildə dənizdə yol tutub getdi!"