×

الكهف

Ayə 56

Muxtəsər təfsir

وَمَا نُرْسِلُ ٱلْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَ ۚ وَيُجَـٰدِلُ ٱلَّذِينَ كَفَرُوا۟ بِٱلْبَـٰطِلِ لِيُدْحِضُوا۟ بِهِ ٱلْحَقَّ ۖ وَٱتَّخَذُوٓا۟ ءَايَـٰتِى وَمَآ أُنذِرُوا۟ هُزُوًا ﴿٥٦﴾

Biz göndərdiyimiz elçiləri ancaq iman və itaət əhlinə müjdə verən­lər, kafirlərə və günahkarlara isə xəbərdarlıq edən­lər kimi gön­də­ririk. Elçilər, insanların qəlblərini imana gətirmək gücünə malik deyillər. Onlara gətirilən dəlillərin açıq-aydın olmasına rəğmən Allaha və Onun elçilərinə küfür edənlər Muhəmməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil edilən haqqı ba­til dəlilləri ilə ara­dan qal­dır­maq üçün müba­hisə edir­lər. Onlar Quranı və xə­bər­dar olun­duqları şeyləri is­tehza edib, məsxərəyə qoyurlar.