×

الكهف

Ayə 49

Muxtəsər təfsir

وَوُضِعَ ٱلْكِتَـٰبُ فَتَرَى ٱلْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَـٰوَيْلَتَنَا مَالِ هَـٰذَا ٱلْكِتَـٰبِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّآ أَحْصَىٰهَا ۚ وَوَجَدُوا۟ مَا عَمِلُوا۟ حَاضِرًا ۗ وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا ﴿٤٩﴾

O gün hər kəsin əməl dəftəri qarşı­sına qoyu­la­caq, bəziləri onu sağ tərəfdən, bəziləri də sol tərəfdən alacaqdır. Ey İnsan! O gün sən kafirlərin ora­da yazıl­mış olanlar­dan qorx­duqlarını görə­cək­sən. Çünki onlar etdikləri küfr və günahları yaxşı bilirlər. Onlar bunun ardından belə deyəcəklər: "Vay halı­mıza və başımıza gələn müsibətə! Bu ne­cə bir kitabdır! Etdiyimiz əməllərdən nə bir ki­çik, nə də bir böyük günahı bu­rax­madan hamısını sayıb yaz­mış­dır!" Onlar dünya həyatında et­­dik­ləri bütün günahların hamısını necə var, yazılı bir halda görəcəklər. Ey Peyğəmbər! Rəb­bin heç kəsə qarşı zülm etməz. Heç kimsəni günahsız yerə cəzalandırmaz. Ona itaət edən kimsənin də etdiyi itaətin əcrini naqis etməz!