Muxtəsər təfsir
وَٱصْبِرْ نَفْسَكَ مَعَ ٱلَّذِينَ يَدْعُونَ رَبَّهُم بِٱلْغَدَوٰةِ وَٱلْعَشِىِّ يُرِيدُونَ وَجْهَهُۥ ۖ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُۥ عَن ذِكْرِنَا وَٱتَّبَعَ هَوَىٰهُ وَكَانَ أَمْرُهُۥ فُرُطًا ﴿٢٨﴾
Özünü səhər və axşam çağı, ixlasla Rəbbinə dua və ibadət edən kimsələrlə daima birlikdə et. Zəngin və şərəfli insanlarla oturub-durmağa həris olub, nəzərlərini ixlasla Allaha ibadət edən kimsələrdən çevirmə. Qəlbini möhürləyərək Bizi zikir etməkdən xəbərsiz etdiyimiz, sənə öz məclisindən yoxsulları uzaqlaşdırmağı əmr edən, nəfsinin istəklərini Rəbbinə itaət etməkdən üzstün tutan və işləri boş faydasız və ziyan olan bir kimsəyə itaət etmə!