×

الكهف

Ayə 26

Muxtəsər təfsir

قُلِ ٱللَّهُ أَعْلَمُ بِمَا لَبِثُوا۟ ۖ لَهُۥ غَيْبُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ أَبْصِرْ بِهِۦ وَأَسْمِعْ ۚ مَا لَهُم مِّن دُونِهِۦ مِن وَلِىٍّ وَلَا يُشْرِكُ فِى حُكْمِهِۦٓ أَحَدًا ﴿٢٦﴾

Ey Peyğəmbər! Onlara de: "Əshabi-kəhfin mağaralarında nə qədər qal­dıqla­rı­nı Allah daha yaxşı bilir. Artıq uca Allah onların mağaralarında qaldıqları müddəti bizə bildirmişdir. Bundan sonra bir kimsənin uca Allahın söylədiyinin üzərinə hər hansı bir söz söyləməyə haqqı yoxdur. Çünki göy­lə­rin və yerin qeybində olan hər bir şeyin yaradılması və elmi yalnız Ona aiddir. Uca Allah nə gözəl gö­rəndir, O, hər bir şeyi görür. Uca Allah nə gözəl eşidəndir, O, hər bir şeyi eşi­dir! İnsanların Allahdan başqa onların işlərinə yardım edən heç bir dostu və hima­yə­darı yox­dur. Uca Allah Öz hökmünə heç bir kimsəni əsla şərik et­məz. Höküm verən yalnız Odur!"