Muxtəsər təfsir
وَلَا تَقُولَنَّ لِشَا۟ىْءٍ إِنِّى فَاعِلٌ ذَٰلِكَ غَدًا ﴿٢٣﴾
Ey Peyğəmbər! Sabah etmək istədiyin bir iş barəsində: "Mən sabah onu mütləq edəcəyəm!" – demə! Çünki sən, sabah həmin işi edə biləcəyini və ya o işi etməyə sənə hər hansı bir maneənin çıxacağını bilmirsən. Uca Allah bu ayədə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) xitab etsədə, amma ayənin mənası hər müsəlmana aiddir.