Muxtəsər təfsir
وَرَبَطْنَا عَلَىٰ قُلُوبِهِمْ إِذْ قَامُوا۟ فَقَالُوا۟ رَبُّنَا رَبُّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ لَن نَّدْعُوَا۟ مِن دُونِهِۦٓ إِلَـٰهًا ۖ لَّقَدْ قُلْنَآ إِذًا شَطَطًا ﴿١٤﴾
Allahın vəhdaniyyətinə olan imanlrını kafir hökmdarın qarşısında elan etdikləri zaman, Biz o gənclərin qəlblərini imanla və həmçinin imanlarında sabitqədəm olmaları və vətənlərini tərk etməyə qarşı səbir nümayiş etmələri üçün səbat verib qüvvətləndirdik. Onlar o vaxt qalxıb hökmdara: "İman edib, itaət etdiyimiz Rəbbimiz, göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa, yalandan onların ilah olduqları idda edilən məbudlara ibadət etməyəcəyik. Əgər biz Ondan başqasına ibadət edəcəyimnizi söyləsək bu zaman haqqdan uzaq və ədalətsiz bir söz söyləmiş olarıq!" – demişdilər.