Muxtəsər təfsir
وَإِذَآ أَنْعَمْنَا عَلَى ٱلْإِنسَـٰنِ أَعْرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ ۖ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ كَانَ يَـُٔوسًا ﴿٨٣﴾
Biz insana sağlamlıq və var-dövlət kimi nemətlər bəxş etdikdə bu zaman o təkəbbürlük edərək Allaha itaət və şükür etməkdən üz çevirib haqdan uzaqlaşar. Onun başına xəstəlik və yoxsulluq kimi bir müsibət gəldikdə isə ruhdan düşər və Allahın rəhmətindən ümüdünü üzər.