Muxtəsər təfsir
رَّبُّكُمُ ٱلَّذِى يُزْجِى لَكُمُ ٱلْفُلْكَ فِى ٱلْبَحْرِ لِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦٓ ۚ إِنَّهُۥ كَانَ بِكُمْ رَحِيمًا ﴿٦٦﴾
Ey İnsanlar! Ticarət və başqa yollarla Rəbbinizin ruzisinə nail olasınız deyə, dənizdə gəmiləri sizin üçün üzdürən Rəbbinizdir. Həqiqətən, bütün bu vasitələri sizin üçün asanlaşdıran Rəbbiniz sizə qarşı mərhəmətlidir.