×

الإسراء

Ayə 61

Muxtəsər təfsir

وَإِذْ قُلْنَا لِلْمَلَـٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِـَٔادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ قَالَ ءَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًا ﴿٦١﴾

Ey Peyğəmbər! Biz bir zaman mələklərə: "Adəmə ibadət səcdəsi deyil, salam səcdəsi edin!" – dedikdə onların hamısı Rəbbinin əmrinə tabe olaraq, Adəmə səcdə etdilər. Lakin İblis ona səcdə etməkdən təkəbbürlük edərək: "Sən məni oddan yaratdığın halda, palçıqdan yaratdığınamı səcdə edim?! Mən ondan daha şərəfliyəm!" – dedi.