×

الإسراء

Ayə 51

Muxtəsər təfsir

أَوْ خَلْقًا مِّمَّا يَكْبُرُ فِى صُدُورِكُمْ ۚ فَسَيَقُولُونَ مَن يُعِيدُنَا ۖ قُلِ ٱلَّذِى فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ ۚ فَسَيُنْغِضُونَ إِلَيْكَ رُءُوسَهُمْ وَيَقُولُونَ مَتَىٰ هُوَ ۖ قُلْ عَسَىٰٓ أَن يَكُونَ قَرِيبًا ﴿٥١﴾

İstər daşdan, istərsə də dəmirdən və ya qəlbinizdə sizə nəhəng görü­nən bir məxluq olun, bilin ki, yenə də Allah si­zi ilk dəfə yaratdığı kimi yenidən dirildib həyata qaytarmağa qadirdir. Bu inadkar insanlar belə deyəcəklər: "Biz öldükdən sonra bizi kim dirildib yenidən hə­yata qay­ta­ra­caq?" Onlara de: "Sizi daha öncə belə bir yaradılış olmadan, misilsiz bir şəkildə yaradan yenidən dirildəcəkdir!" Onlar sənin bu cavabından sonra istehza ilə baş­la­rını yır­ğa­la­yıb bunun imkansız olduğuna inanaraq: "Bəs bu yenidən dirilmə nə vaxt ola­caq­?" – deyə­cək­lər. Onlara de: "Bəlkə də, ya­xın bir za­man­da oldu. Çünki qarşıda gələn hər bir şey yaxındır!"