Muxtəsər təfsir
وَقَالُوٓا۟ أَءِذَا كُنَّا عِظَـٰمًا وَرُفَـٰتًا أَءِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا ﴿٤٩﴾
Müşriklər ölümdən sonra təkrarən dirilməyi inkar edərək belə dedilər: "Biz öldükdən, cəsədlərimiz çürüyüb torpağa qarışdıqdan sonra yeni bir yaradılışla təkrarən dirildiləcəyikmi?! Şübhəsiz ki, bu, qeyri mümkün olan bir işdir."