Muxtəsər təfsir
تُسَبِّحُ لَهُ ٱلسَّمَـٰوَٰتُ ٱلسَّبْعُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ ۚ وَإِن مِّن شَىْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِۦ وَلَـٰكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ ۗ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًا ﴿٤٤﴾
Göylər və yerlər, habelə, göylərdə və yerdə onlar da Allahı anır, xatırlayır, zikir edib, Ona təriflər deyirlər. Elə bir şey yoxdur ki, o, Allahın şəninə təriflər deyib, Ona həmd-səna etməsin, lakin siz onların, Allahı zikir edib, Onun şəninə təriflər deməsini anlamırsınız. Siz yalnız insanlardan, dili ilə Allahı zikir edib, Onun şəninə həmd-səna edəni anlayırsınız. Həqiqətən, uca Allah, qullarına qarşı həlimdir, onlara əzab verməyə tələsməz. Ona tövbə edənləridə bağışlayandır!