Muxtəsər təfsir
قُل لَّوْ كَانَ مَعَهُۥٓ ءَالِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لَّٱبْتَغَوْا۟ إِلَىٰ ذِى ٱلْعَرْشِ سَبِيلًا ﴿٤٢﴾
Ey Peyğəmbər! O müşriklərə belə de: "Əgər müşriklərin yalan və böhtan ataraq söylədikləri kimi, uca Allahla yanaşı başqa məbudlar olsaydı, bu zaman varlığı idda edilən batil məbudlar, ərş sahibi uca Allahın mülkünə sahib olub, Ona qalib gəlmək üçün bir yol axtarardılar".