×

الإسراء

Ayə 3

Muxtəsər təfsir

ذُرِّيَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوحٍ ۚ إِنَّهُۥ كَانَ عَبْدًا شَكُورًا ﴿٣﴾

Siz, Allahın Nuh - aleyhissəlam - ilə birlikdə tufanda boğulmaqdan xilas etdiyi kimsələrin nəslindənsiniz. Bu neməti əsla yaddan çıxarmayın. Elə isə tək Allaha ibadət və itaət edərək, Ona şükür edin və bu işdə Nuha tabe olun, çünki o, Uca Allaha çoxlu şükür edərdi!