Muxtəsər təfsir
قُلِ ٱدْعُوا۟ ٱللَّهَ أَوِ ٱدْعُوا۟ ٱلرَّحْمَـٰنَ ۖ أَيًّا مَّا تَدْعُوا۟ فَلَهُ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ ۚ وَلَا تَجْهَرْ بِصَلَاتِكَ وَلَا تُخَافِتْ بِهَا وَٱبْتَغِ بَيْنَ ذَٰلِكَ سَبِيلًا ﴿١١٠﴾
Ey Peyğəmbər! Sənin "Ya Allah, Ya Rəhman!" deyərək dua etməni inkar edənlərə belə de: "Allah da, Rəhman da bütün nöqsanlardan uzaq olan Allahın iki adıdır. Siz istər bu iki adla, istərsə də Allahın bundan başqa olan adları ilə Ona dua edə bilərsiz. Uca Allahın gözəl adları vardır. Bu iki adda həmin adlardandır. Uca Allaha bu iki adla və ya bundan başqa olan gözəl adlarla dua edin. Müşriklər səni eşitməsin deyə namazda səsini çox yüksəyə qaldırma. Möminlər də səni eşitməyəcəyi qədər səsini aşağı salma. Bu ikisinin arasında orta bir yol tut!