Muxtəsər təfsir
وَيَدْعُ ٱلْإِنسَـٰنُ بِٱلشَّرِّ دُعَآءَهُۥ بِٱلْخَيْرِ ۖ وَكَانَ ٱلْإِنسَـٰنُ عَجُولًا ﴿١١﴾
İnsan xeyirli bir şeyi istəyərək dua etdiyi kimi, cahilliyindən dolayı qəzəbləndikdə, özünə, övladına və mal-dövlətinə müsibət gəlməsi üçün bəd dua edər. Əgər Biz həmin şəxsin bəd duasını qəbul etsək, dərhal onun özü, övladı və mal-dövləti məhv olar. İnsan tələskən xasiyyətli yaradıldığı kimi, özünə zərər verən şeylərdə də tələsəndir.