Muxtəsər təfsir
وَبِٱلْحَقِّ أَنزَلْنَـٰهُ وَبِٱلْحَقِّ نَزَلَ ۗ وَمَآ أَرْسَلْنَـٰكَ إِلَّا مُبَشِّرًا وَنَذِيرًا ﴿١٠٥﴾
Biz Quranı Muhəmmədə (sallallahu aleyhi və səlləm) haqq olaraq nazil etdik, o da dəyişdirilmədən və təhrif edilmədən nazil oldu. Ey Peyğəmbər! Səni də ancaq təqva əhlinə Cənnətlə müjdə verən, küfür əhlini və günahkarları də cəhənnəm əzabı ilə qorxudan bir elçi kimi göndərdik.