Muxtəsər təfsir
فَأَرَادَ أَن يَسْتَفِزَّهُم مِّنَ ٱلْأَرْضِ فَأَغْرَقْنَـٰهُ وَمَن مَّعَهُۥ جَمِيعًا ﴿١٠٣﴾
Firon Musanı - aleyhissəlam - və onun qövmünü Misirdən çıxartmaqla cəzalandırmaq istədi. Biz də Fironu və onunla birlikdə olan əsgərlərinin hamısını dənizdə boğaraq həlak etdik.