×

الإسراء

Ayə 101

Muxtəsər təfsir

وَلَقَدْ ءَاتَيْنَا مُوسَىٰ تِسْعَ ءَايَـٰتٍۭ بَيِّنَـٰتٍ ۖ فَسْـَٔلْ بَنِىٓ إِسْرَٰٓءِيلَ إِذْ جَآءَهُمْ فَقَالَ لَهُۥ فِرْعَوْنُ إِنِّى لَأَظُنُّكَ يَـٰمُوسَىٰ مَسْحُورًا ﴿١٠١﴾

Biz Musaya onun peyğəmbərliyini isbat edən doqquz açıq-aş­kar möcü­zə verdik. Bu möcüzələr: əsa, Musanın əlinin bəmbəyaz görünməsi, qıtlıq, məhsul azlığı, tufan, çəyirtkə, əkin həşəratları, qurbağa və qandır. Ey Peyğəmbər! Yəhudilərdən soruş! Çünki Musa onların ata-babalarına bu möcüzələrlə gəldikdə, Firon ona: "Ey Musa! Sən bizə qəribə şeylər gətirdiyin görə, Mən sə­nin sehirlənmiş bir insan olduğunu zənn edirəm!" – demişdi.