Muxtəsər təfsir
مَنْ عَمِلَ صَـٰلِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُۥ حَيَوٰةً طَيِّبَةً ۖ وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿٩٧﴾
Allaha iman edərək, şəriətə müvafiq əməl edən hər bir kişi və qadına, etdikləri əməllərin müqabili olaraq dünyada ikən onlar üçün Allahın qədərinə qane və razı olub, yaxşı əməllərə müvəffəq olmaq kimi gözəl bir həyat bəxş edəcəyik. O kimsələri axirətdə, dünyada gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatla mükafatlandıracağıq.