×

النحل

Ayə 90

Muxtəsər təfsir

إِنَّ ٱللَّهَ يَأْمُرُ بِٱلْعَدْلِ وَٱلْإِحْسَـٰنِ وَإِيتَآئِ ذِى ٱلْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ ٱلْفَحْشَآءِ وَٱلْمُنكَرِ وَٱلْبَغْىِ ۚ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ ﴿٩٠﴾

Şübhəsiz ki, Allah insanlara, Allahın və insanların haqlarını verməyi, üstün tutmağı tələb edən amillər müstəsna olmaqla, verilən hökmlərdə heç bir kimsəni digərindən üstün tutmayaraq əda­lət­li olmağı, Allah yolunda xərcləmək və zalimi əfv etmək kimi edilməsi çətin olmayan yaxşı işləri əmr etməyi və qo­hum­­la­rın ehtiyacı olduqları şeyi onlara verməyi əmr etməyi, əmr edir, pis sözlər söyləməyi, zina kimi çirkin əməlləri və şəriətin çəkindirdiyi hər bir günah və iyrənc işlər görməyi qadağan edir. Uca Allah zülüm etməyi və insanlara qarşı təkəbbürlük etməyi qadağan edir. Uca Allah bu ayədə sizə əmr edib, qadağan etdiyi şeylərdən ibrət almanız üçün si­zə öyüd-nəsihət ve­rir!