Muxtəsər təfsir
وَعَلَى ٱللَّهِ قَصْدُ ٱلسَّبِيلِ وَمِنْهَا جَآئِرٌ ۚ وَلَوْ شَآءَ لَهَدَىٰكُمْ أَجْمَعِينَ ﴿٩﴾
Uca Allahın razılığına qovuşduran yola, İslam yoluna yönəltmək yalnız Allaha aiddir. Bəzi yollar, haqqdan batilə meyil edən, şeytanın yollarıdır. İslam yolundan başqa bütün yolların hamısı əyri yollardır. Əgər Allah sizin hamınızı iman gətirməyə müvəffəq etmək istəsəydi, bu zaman O, hamınızı iman gətirməyə müvəffəq edərdi.