×

النحل

Ayə 79

Muxtəsər təfsir

أَلَمْ يَرَوْا۟ إِلَى ٱلطَّيْرِ مُسَخَّرَٰتٍ فِى جَوِّ ٱلسَّمَآءِ مَا يُمْسِكُهُنَّ إِلَّا ٱللَّهُ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ ﴿٧٩﴾

Məgər müşriklər, Allahın quşlara iki qanad verib, onların havada uça bilməsi üçün havanı münasib bir vəziyyətə gətirdiyini, onlara havada ikən qanadlarını necə açıb bağlamağı və havada istədikləri kimi uça bilmələrini öyrətdiyini gör­mür­lər­mi?! Onları havadan yerə düşmədən göydə sax­layan ancaq qadir olan Allahdır. Həqi­qə­tən, quşların uça bilməsi üçün onların yerə düşmədən göy üzündə saxlanılmasında Allaha iman gətirən insan­lar üçün dəlil­lər vardır. Çünki bu dəlillərdən və öyüd-nəsihətdən yalnız onlar faydalanarlar!