Muxtəsər təfsir
فَلَا تَضْرِبُوا۟ لِلَّهِ ٱلْأَمْثَالَ ۚ إِنَّ ٱللَّهَ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ ﴿٧٤﴾
Ey İnsanlar! Fayda və zərər verməyə qadir olmayan bu bütləri Allaha oxşatmayın. Uca Allahın oxşarı yoxdur. Elə isə ibadətdə Ona heç bir şeyi şərik qoşmayın. Həqiqətən, Allah Özünün sahib olduğu Cəlal və Kamil sifətlərini bilir, siz isə bunları layiqincə bilməzsiniz. Bu üzdən Ona şərik qoşur və Onun bütlərinizə bənzər olduğunu idda edirsiniz!