Muxtəsər təfsir
ثُمَّ كُلِى مِن كُلِّ ٱلثَّمَرَٰتِ فَٱسْلُكِى سُبُلَ رَبِّكِ ذُلُلًا ۚ يَخْرُجُ مِنۢ بُطُونِهَا شَرَابٌ مُّخْتَلِفٌ أَلْوَٰنُهُۥ فِيهِ شِفَآءٌ لِّلنَّاسِ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ ﴿٦٩﴾
Sonra istədiyin hər bir meyvədən ye və Rəbbinin sənə ilham edərək qayıtmasını asanlaşdırdığı yollarla qayıt get!" Bu arıların qarınlarından xəstəliklərin müalicəsi, tərkibində insanlar üçün şəfa olan ağ, sarı və s. müxtəlif rəngli ballar çıxar. Həqiqətən, Rəbbinin bu arıya ilham etməsində və arıların qarınlarından çıxan balda, bunları düşünən bir qövm üçün Allahın qüdrətinə və Onun məxluqatın işlərini idarə etməsinə dair dəlillər vardır. Çünki düşünüb ibrət alan elə məhz onlardır.