Muxtəsər təfsir
وَيَجْعَلُونَ لِمَا لَا يَعْلَمُونَ نَصِيبًا مِّمَّا رَزَقْنَـٰهُمْ ۗ تَٱللَّهِ لَتُسْـَٔلُنَّ عَمَّا كُنتُمْ تَفْتَرُونَ ﴿٥٦﴾
Müşriklər, heç nə dərk etmək qabiliyyətində olmayan bütlərə – onlar cansız varlıq olduqlarına görə fayda və zərər verə bilməzlər – yaxınlaşmaq məqsədi ilə özlərinə verdiyimiz ruzidən, onlara pay ayırırlar. Ey Müşriklər! Allaha and olsun ki, bu bütlərin ilah olduqlarına və onların mallarınızdan bir qisim haqqları olduğuna dair atdığınız iftiralara görə qiyamət günü mütləq sorğu-sual olunacaqsınız!