Muxtəsər təfsir
وَقِيلَ لِلَّذِينَ ٱتَّقَوْا۟ مَاذَآ أَنزَلَ رَبُّكُمْ ۚ قَالُوا۟ خَيْرًا ۗ لِّلَّذِينَ أَحْسَنُوا۟ فِى هَـٰذِهِ ٱلدُّنْيَا حَسَنَةٌ ۚ وَلَدَارُ ٱلْـَٔاخِرَةِ خَيْرٌ ۚ وَلَنِعْمَ دَارُ ٱلْمُتَّقِينَ ﴿٣٠﴾
Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Rəbbindən qorxan müttəqilərə: "Allah, Muhəmmədə (sallallahu aleyhi və səlləm) nə nazil etmişdir?" – deyildikdə, onlar: "Allah ona böyük bir xeyir nazil etmişdir!" – deyərlər. Bu dünyada Allaha layiqincə ibadət edib və insanlarla gözəl əxlaqda muamilə edən kimsələr üçün zəfər, bol-bol ruzi olmaqla və s. bu kimi gözəl mükafat hazırlanmışdır. Uca Allahın axirətdə onlara verəcəyi savab, dünya həyatında onlara bəxş etdiyi nemətlərdən qat-qat xeyirlidir. Axirət yurdu, Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinən təqva sahibləri üçün necə də gözə bir yurddur!