Muxtəsər təfsir
لَا جَرَمَ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُسْتَكْبِرِينَ ﴿٢٣﴾
Şübhə yoxdur ki, Allah onların gizlində və aşkarda etdikləri əməllərin hamısını bilir. Bu əməllərdən Ona heç bir şey gizli qalmaz. Allah Qiyamət günü onların dünyada ikən etdikləri əməllərin mükafatını verəcəkdir. Həqiqətən, Allah, Ona ibadət etməkdə təkəbbürlük edib, Ona boyun əyməyi özünə sığışdırmayanları sevməz, əksinə onlara qəzəblənər!