Muxtəsər təfsir
أَمْوَٰتٌ غَيْرُ أَحْيَآءٍ ۖ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ ﴿٢١﴾
Bütlərə ibadət edənlər, o bütləri öz əlləri ilə düzəlmişdilər. Bu bütlər cansızdırlar, onlar nə bir həyata, nə də ki, bir elmə sahib deyillər. Bütlər, Qiyamət günü özlərinə ibadət edən kimsələrlə birgə Cəhənnəm atəşinə atılmaq üçün nə zaman dirildiləcəklərini də bilməzlər.