Muxtəsər təfsir
وَأَلْقَىٰ فِى ٱلْأَرْضِ رَوَٰسِىَ أَن تَمِيدَ بِكُمْ وَأَنْهَـٰرًا وَسُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ ﴿١٥﴾
Uca Allah, yer üzü hərəkət edib sizi silkələməsin deyə və onun sabit qalması üçün orada möhkəm dağlar yaratdı. Su içmənizin, mal-qaranızı və əkin sahələrinizi sulamanız üçün onun üzərindən nəhrlər axıtdı. Getmək istədyiniz istiqamətə azmadan, düzgün səmt götürəsiniz deyə, orada sizin üçün yollar çəkdi.